Qafqazın ən güclü ordusu
Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov "Real TV"-yə müsahibə verib
Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov "Real TV"-yə müsahibə verib
Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları sözügedən qurumun sədr müavini, polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında anadan olmasının 100 illiyi münasibəti ilə mərhum general Mustafa Nəsirovun məzarını ziyarət edib, onun məzarı üzərinə gül dəstələri və əkil qoyub. Mərasim zamanı çıxış edən polkovnik Cəlil Xəlilov Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirovun Azərbaycan xalqı tərəfindən hər zaman dərin hörmət və ehtiramla xatırlanacağını, onun xidmətlərinin əsla unudulmayacağını bildirib. Daha sonra Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri general Mustafa Nəsirovun 100 illik yubileyi münasibəti ilə Dövlət Sərhəd Xidmətinin Akademiyasında keçirilən tədbirə qatılıb. Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Firuz Şirinzadə Mustafa Nəsirovun xidmət yolu haqqında geniş məlumat verib, onun sərhədçi peşəsinə gətirdiyi yeniliklərdən bəhs edib. Polkovnik Cəlil Xəlilov isə öz növbəsində Mustafa Nəsirov məktəbinin hər bir sərhədçiyə örnək olduğunu, hər bir sərhədçinin bu məktəbdən faydalanmasının zəruriliyini vurğulayıb. Tədbirdə çıxış edən İnayət Xəlilov, digər zabit və kursantlar da Mustafa Nəsirovdan ehtiramla söz açıb, onu sadəcə peşəkar hərbçi kimi deyil, həm də ictimai xadim, alicənab insan kimi dəyərləndirib.
Hamısını oxuSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı dəyirmi masa keçirilib. Xidmət rəisinin müavini, general-mayor Azər Məmmədovun iştirakı ilə keçirilən tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, o cümlədən vətəndaş cəmiyyəti institutları nümayəndələri iştirak edib. Dəyirmi masada Dövlət Xidmətində ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq, korrupsiyaya qarşı mübarizə ilə bağlı ictimaiyyətin məlumatlılığının artırılması məsələləri müzakirə edilib. Görüşdə Milli Fəaliyyət Planının aidiyyəti bəndlərinin icrası haqqında ətraflı məlumat verilib, o cümlədən Xidmətdə korrupsiya ilə mübarizə sahəsində görülən işlər diqqətə çatdırılıb. Tədbir qarşılıqlı diskussiya şəklində davam edib və mövzu ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinin təklifləri dinlənilib.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı, 1926-cı ildə Astara rayonunun Pensər kəndində anadan olan Qasımov Abdulla Həsən oğlu vəfat edib. Müharibə dönəmində faşist işğalçılarına qarşı cəsarətlə döyüşən, çoxsaylı yaşayış məntəqələrinin işğaldan azad edilməsində yaxından iştirak edən Abdulla Qasımov, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə bir sıra orden və medallarla təltif edilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Abdulla Qasımovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!
Hamısını oxuAzər Badamov: “Ermənilər buna görə beynəlxalq məhkəmələrdə cavab verməli olacaqlar” Bu gün Beynəlxalq itkinlər günüdür. Məlumat üçün qeyd edək ki, Ermənistanın hərbi cinayətləri səbəbi ilə Birinci Qarabağ müharibəsi dönəmində 3890 nəfər soydaşımız itkin düşüb ki, bu günə qədər də onların taleyindən heç bir xəbər yoxdur. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Azər Badamov, Ermənistanın törətdiyi cinayətlərə görə cavab verəcəyini vurğulayıb: “30 avqust Beynəlxalq itkilər günüdür. Bu günü 21 dekabr 2021-cı ildə BMT-nin Baş Məclisində təsis olunmuşdur. İtkilərə ən çox məruz qalan ölkələrdən biri də Azərbaycandır. I Qarabağ müharibəsində 4 minə yaxın azərbaycanlı itkin düşmüşdür və onların taleyi haqqında heç bir məlumatımız yoxdur. Təbii ki, bu, erməni cinayətlərinin davamıdır. I Qarabağ müharibəsi dövründə təpədən dırnağa qədər silahlanmış ermənilər Azərbaycanın yaşayış məntəqələrinə hücumlar etmiş, əli silahsız dinc insanları işgəncələrlə qətlə yetirmiş və əsir götürülərək girovluqda saxlamaqdadır. Əsir götürülmüş azərbaycanlıları işgəncələrə məruz saxlamaqla qul kimi işlətmişdir. Təbii ki, bu, heç bir beynəlxalq konvensiyaya və hüquq normalarına uyğun gəlmir. Ermənistanın azərbaycanlılara qarşı törətdikləri bu soyqırımlar bəşər tarixinin böyük faciəsi idi. Buna görə də ermənilər beynəlxalq məhkəmlərdə cavab verməli olacaqlar. Ermənilərdən fərqli olaraq, biz isə müharibəni mülki insanlara qarşı aparmadıq. Müharibəni müharibənin qanunlarına uyğun apardıq və bu gün də məhv etdiyimiz erməni leşlərinin ərazilərimizdə axtarılaraq geri aparılmasına şərait yaradırıq. Ermənilər isə bunun əksi olaraq törətdikləri cinayətləri ilə öyünüb fəxr edirdilər. Rəşadətli ordumuz bu günahsız qanların qisasını döyüş meydanında aldı. Amma hüquq müstəvisində cinayətkarlar cəzalanmalıdırlar. Necə ki, iki erməni cəlladını biz mühakimə elədik və cəzalandırdıq. Gələcəkdə azərbaycanlılara qarşı cinayətlərdə əli olmuş bütün ermənilərin araşdırılıb müəyyən olunaraq cəzalandırılması beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaqdır. Heç bir cinayəti cəzasız saxlamayacağıq. Sadəcə, hər şeyin öz vaxtı var və biz o zamanın yetişməsini gözləyirik”. Seymur ƏLİYEV
Hamısını oxu